AZ

Abdullah Zubir “Qarabağ”dan gedir: Yeni klubu məlum oldu

“Qarabağ” klubunun kapitanı Abdullah Zubir bu yay Azərbaycanla vidalaşaraq karyerasını Qətərdə davam etdirməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi Qətər təmsilçisi olan “Əl Şahaniya” klubu ilə rəsmi müqavilə imzalamağa olduqca yaxındır.

Məlumata görə, tərəflər artıq müqavilənin əsas şərtləri üzrə ortaq məxrəcə gəliblər. Lakin gözlənilən transferin maliyyə və digər detalları hələlik gizli saxlanılır.

Xatırladaq ki, A.Zubir Ağdam təmsilçisinin forması ilə meydana çıxdığı 355 matçda 77 dəfə rəqib qapısına yol tapıb və 94 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı klubu ilə rəsmi müqavilə müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, fransalı ulduzun yollanacağı “Əl Şahaniya” hazırda Qətər çempionatında keçirdiyi 21 oyundan sonra topladığı 31 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Seçilən
16
editor.az

1Mənbələr