Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq.
“Qarabağ” “Şamaxı”nın qonağı olacaqsa, lider “Sabah” “Zirə”ni qəbul edəcək. Günün son oyunu isə “Neftçi” və “Araz-Naxçıvan” arasında keçiriləcək.
Daha öncə baş tutmuş “Karvan-Yevlax” – “Kəpəz” matçında meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər.
“Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
"Cebheinfo.az"