AZ

Meksika prezidenti İranın oyunlarının məkanının dəyişməyəcəyini açıqlayıb

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Meksika prezidenti Klaudia Şeynbaum FİFA-nın İranın DÇ-2026-da oyunlarını harada keçirəcəyi ilə bağlı son qərarı verdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb:

"FIFA matçların əvvəlki məkanlarından köçürülə bilməyəcəyinə qərar verdi". Onun sözlərinə görə, belə bir addım FIFA-nın yenidən böyük logistik işlər görməsini tələb edərdi.

Bir müddət əvvəl İran regional təhlükəsizlik narahatlıqlarını əsas gətirərək oyunlarının ABŞ-da deyil, Meksikada keçirilməsini istəmişdi. Lakin heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
sport24.az

1Mənbələr