AZ

Tramp NATO dan çıxa bilməz, lakin... Axios

ain.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp təkbaşına NATO-dan çıxa bilməz, lakin yenə də İranla müharibəsini dəstəkləməyən müttəfiqləri tənqid etməklə münasibətləri korlaya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Nəşr qeyd edir ki, 1949-cu ildən bəri ABŞ transatlantik alyansın əsasını təşkil edir, lakin ekspertlər xəbərdarlıq edirlər ki, Donald Trampın ritorikası və davranışı, ABŞ NATO üzvü olaraq qalsa belə, alyans daxilində qarşılıqlı etimadı sarsıda bilər.

“Bir çox avropalılar artıq yaxşı anlayır və narahatdırlar ki, ABŞ NATO-da qalsa belə, ona tam güvənmək olmaz”, – deyə Birminqem Universitetinin professoru Mark Vebber nəşrə müsahibəsində bildirib.

Vurğulanıb ki, Tramp nə qədər qəzəbli olsa da, 2023-cü il qanununa əsasən o, Konqresin razılığı olmadan NATO-dan çıxa bilməz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
axar.az

1Mənbələr