AZ

Harris Trampı yalan danışmaqda ittiham etdi

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampın İranla müharibəyə öz istəyi ilə getdiyini bildirib.

"Unikal" xəbər verir ki, Harris bu müharibəyə görə Trampı tənqid edib. 

"Bu adam onların nüvə arsenalından qurtulduğunu, məhv etdiyini deyib. Amma açıq-aydın görünür ki, bunu etməyib. Trampın siyasəti Amerika hərbçilərinin ölümünə və yaralanmasına, müttəfiqlərlə gərginliyə və amerikalılar üçün xərclərin artmasına səbəb olub. O, yalan danışıb. Birinci gün Amerika xalqına qiymətləri aşağı salacağını deyib, amma yalan danışıb", - deyə o qeyd edib.

Seçilən
15
1
unikal.az

10Mənbələr