AZ

Oman Hörmüz boğazından sərbəst keçidin qorunmasına çağırıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 11 aprel, AZƏRTAC

Omanın xarici siyasət kursu dəyişməz olaraq qalır. Omanın neytrallıq, dialoq və qarşılıqlı hörmət prinsiplərinə sadiqdir.

AZƏRTAC xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi Mavriki adaları dövlətində keçirilən “Hind okeanı konfransı”nda videobağlantı vasitəsilə çıxışı zamanı vurğulayıb.

Nazir dövlətlərin suverenliyinin qorunmasının və daxili işlərinə müdaxilədən çəkinməyin vacibliyini qeyd edərək, ölkəsinin beynəlxalq hüquq və dəniz hüququ normalarına əməl etdiyini diqqətə çatdırıb.

Bədr əl-Busaidi, həmçinin Hörmüz boğazında gəmilərin sərbəst keçidinin qorunması üçün əməkdaşlıq və ortaq məsuliyyətə əsaslanan yanaşmanın zəruriliyini bildirib.

Bu açıqlama İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizinin Omanla sözügedən strateji su yolu ilə bağlı mümkün saziş təşəbbüsünü gündəmə gətirməsi fonunda səsləndirilib. O qeyd edib ki, belə bir razılaşma “Hörmüz boğazında təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına” yönəlmiş təşəbbüs çərçivəsində nəzərdən keçirilə bilər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
azertag.az

3Mənbələr