AZ

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə qərara alıram:

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

SalmanovAzər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu 

Şiriyeva Kəmalə Məzahir qızı.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2026-cı il

Seçilən
14
1
azerbaijan-news.az

10Mənbələr