AZ

Trampın İran fiaskosu: "Səhv hesablamalar ABŞ-ni dalana dirədi"

ABŞ prezidenti Donald Trampın İran siyasəti ciddi tənqidlərə səbəb olub və onun yanaşmasının uğursuzluğu beynəlxalq müstəvidə geniş müzakirə olunur.

Musavat.com xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalında dərc olunan təhlildə qeyd edilir.

Məqalədə vurğulanır ki, Tramp uzun müddət qərarlarını peşəkar kəşfiyyat məlumatları və ekspert rəylərindən çox şəxsi instinktlərinə əsaslanaraq verib.

Bu isə xüsusilə İran kimi mürəkkəb və çoxşaxəli siyasi sistemə malik ölkə ilə münasibətlərdə ciddi yanlış hesablamalara gətirib çıxarıb.

Analiz müəllifləri qeyd edir ki, Tramp İranın müqavimət strategiyasını düzgün qiymətləndirə bilməyib. O, hesab edirdi ki, sərt ritorika və hərbi təzyiq Tehranın tez bir zamanda geri çəkilməsinə səbəb olacaq. Lakin əksinə, bu yanaşma qarşıdurmanı daha da dərinləşdirib və gərginliyi artırıb.

Nəşr hesab edir ki, yaranmış vəziyyət “şəxs mərkəzli diplomatiya”nın uğursuzluğunu açıq şəkildə göstərir. ABŞ bu yanaşma nəticəsində həm uzanan qarşıdurma ilə üzləşib, həm də beynəlxalq arenada müəyyən təcrid riski ilə qarşılaşıb.

Sonda vurğulanır ki, belə mürəkkəb beynəlxalq problemlərin həlli üçün daha balanslı, institusional və kollektiv qərarvermə mexanizmlərinə ehtiyac var.

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr