Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Nəhayət, Luçano Spallettinin aqibəti müəyyənləşib. Təcrübəli mütəxəsislə bağlı şayiələrə son qoyulub. "Football-plus.az" xəbər verir ki, “Yuventus” rəhbərliyi baş məşqçi ilə müqaviləni yeniləyəcək. Bu haqda tanınmış jurnalist Canluka Di Martsio məlumat yayıb. Yeni sözləşməyə əsasən, 67 yaşlı mütəxəssisin illik məvacibi 6 milyon avro olacaq.Xatırladaq ki, Spalletti Turin klubuna 2025-ci ilin oktyabrında təyinat alıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 31 matçda 17 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. İtaliyalı məşqçinin klubla hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.