AZ

Arteta gələcəyi ilə bağlı sualı cavablandırdı

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta mətbuat konfransında gələcəyi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Xeyr, bu mövzuda heç bir yenilik yoxdur. Bütün diqqətimiz mövsümün sonuna qədər görməli olduğumuz işlərə yönəlib. Mən bu kluba tam sadiqəm. Özümü xoşbəxt hiss edirəm, hər şey qaydasındadır. Ailəm də yaxşıdır. Klubumuzun böyük hədəfləri var və biz yaxşı vəziyyətdəyik”.

Daha əvvəl “Arsenal”ın ispan mütəxəssislə müqaviləni uzatmaq istədiyi, həm də komandanın mövsümü titulsuz başa vuracağı halda onun istefaya göndərilə biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Mikel Artetanın “Arsenal”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.

Seçilən
14
90deqiqe.az

1Mənbələr