AZ

Qiyməti 350, cəriməsi isə 150 manatdır - Sürücülər, diqqəli olun!VİDEO

Sosial şəbəkələrdə avtomobillərin ön şüşələri üçün "qara plyonka"lar satılır. Düyməyə basanda isə şəffaflaşır.

Xezerxeber.az-ın məlumatına görə, satışı həyata keçirənlər sosial şəbəkələrdə qayda pozuntusunu polisdən gizlətməyi fəxrlə qeyd edirlər.

Qiymət 350 manatdan başlayır. Bu qiymət avtomobilin markasına, şüşə sayına görə dəyişir.

Edilən müraciətlərdən, yazılan şərhlərdən görünür ki, məhsul ilə maraqlananlar da az deyil. Hətta alıb maşına quraşdıranlar da var.

Bəs bu məhsulların istifadəsi qanunauyğundurmu?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, plyonkaların quraşdırlmasına görə müəyyən standartlar var və onlara əməl olunmalıdır.

Qayda pozuntusuna yol verənlər məsliyyətə cəlb olunurlar.

Qeyd edək ki, belə qayda pozuntularına yol verən şəxslər 150 manat cərimə edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
1
xezerxeber.az

2Mənbələr