AZ

Məhəmməd Əsədullazadə: Moldovanın MDB ni tərk etməsi regionda baş verən siyasi transformasiya bağlıdır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moldova parlamenti 2 aprel tarixində yekun oxunuşda ölkənin MDB-dən çıxmasını təsdiqləyib və qərar 60 deputatın lehinə səsi ilə qəbul olunub. Daha sonra Prezident Maia Sandu müvafiq denonsasiya fərmanlarını imzalayıb və sənədlər 8 apreldə Rəsmi Jurnalda dərc edilərək qüvvəyə minib. Bu addım Moldovanın MDB ilə bağlı əsas hüquqi sənədlərdən – 1991-ci il Təsis Sazişi, əlaqəli Protokol və 1993-cü il Nizamnamədən imtina etməsi deməkdir. Rəsmi Kişinyov bu qərarı MDB-nin artıq ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə əməl etməməsi ilə əsaslandırır. Xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Gürcüstana müdaxiləsi və Moldova ərazisindəki hərbi mövcudluğu bu mövqenin formalaşmasına təsir göstərib.

Son illərdə Moldova MDB ilə bağlı onlarla sazişi ləğv edib və bu proses mərhələli şəkildə davam etdirilib. Ekspertlər hesab edir ki, Moldovanın bu addımı MDB-ni siyasi baxımdan daha da zəiflədir və postsovet məkanında yeni geosiyasi reallıqları əks etdirir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Moldovanın MDB-ni tərk etməsi təbii ki, regionda baş verən

siyasi transformasiya və dəyişikliklə bağlıdır: “Rusiya MDB-nin üzv ölkələrinə qarşı şantaj, separatizm, işğal siyasəti həyata keçirib, normal qarşılıqlı tərəfdaşlıq siyasəti həyata keçirməyib. Son vaxtlar, məhz MDB-dən olan miqrantlara qarşı da Rusiyada bir növ səlib yürüşü başlayıb.

Yəni, göründüyü kimi, Rusiya özü MDB-ni dağıtdı. Gürcüstana hücum-işğal, Ukraynaya hücum-işğal, Moldovada separatizm, Azərbaycana qarşı Ermənistanda işğal-separatizmi dəstəkləmək, Qazaxıstana qarşı ərazi iddiaları və s. Yəni, göründüyü kimi, Rusiya özü MDB-ni özü amorf bir vəziyyətə gətirdi. Halbuki MDB Rusiyanın cəlbedici siyasəti nəticəsində inkişaf edə bilərdi, buna potensial da var idi”.

Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Kreml rəhbərliyi bəzi dövlətləri öz “satelit”i kimi görmək istədi. Politoloq hesab edir ki, Moldovadan sonra Ermənistan da MDB-ni tərk edə bilər.

“Azərbaycan üçün fərq eləmir, orada qaldı, ya qalmadı. Azərbaycanın öz müstəqil gündəmi var və regionun aparıcı ölkəsidir”-deyən politoloq vurğulayıb ki, Moldova da Qərbə daha çox inteqrasiya edəcək və öz prioritetini bu istiqamətdə quracaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr