AZ

Arzu Babayeva: “Qoruğun yaşayış məntəqələrinə yaxın yerləşməsi səbəbindən ərazidə iri buynuzlu heyvanların otarılmasına rast gəlinir”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində iri buynuzlu heyvanların otarılması ilə bağlı görüntülər ictimai narazılıq doğurub. Vətəndaş tərəfindən çəkilən videoda qoruq ərazisində inəklərin sərbəst şəkildə otarıldığı aydın görünür. Halbuki, dövlət təbiət qoruqları xüsusi mühafizə olunan ərazilərdir və burada hər hansı təsərrüfat fəaliyyətinin aparılması qanunla qadağandır.Nazirlik tərəfindən bu ərazilərə nəzarət necə həyata keçirilir?

Yaranan suala cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində mal-qaranın otarılmasını əks etdirən videogörüntülərlə bağlı Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, Qoruğun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Balakən rayonu, Qasbinə kəndi ilə həmsərhəd ərazidə yerləşən qoruq sahəsinə 3 baş iri buynuzlu heyvanın daxil olduğu müəyyən edilib: “Həmin heyvanlar əməkdaşlar tərəfindən ərazidən kənarlaşdırılıb. Qoruğun yaşayış məntəqələrinə yaxın yerləşməsi səbəbindən analoji hallara təəssüf ki, rast gəlinir və bu kimi halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir, eyni zamanda yerli sakinlərlə maarifləndirmə işləri aparılır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
bizimyol.info

1Mənbələr