AZ

Türkiyə İrana 48 ton humanitar yardım göndərdi

Türkiyə İrana 48 ton humanitar yardım yüklənmiş dörd yük avtomobili göndərib.

Bakıvaxtı.az xəbər verir ki, yüklərin yola salınması mərasimi Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Fatma Meriç Yılmazın iştirakı ilə “Ankara Kızılay” logistika mərkəzində keçirilib.

Onun sözlərinə görə, yük İran tərəfinin müraciəti əsasında qısa müddətdə formalaşdırılıb.

“Eskalasiyanın ilk günündən etibarən regionun mülki əhalisinə yardım göstərmək, humanitar yardıma olan tələbatı qarşılamaq məqsədilə İran və Livanın Qızıl Aypara cəmiyyətləri ilə əlaqə saxlayırıq”, – deyə o bildirib.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri qeyd edib ki, martın əvvəlindən etibarən İranın 90 milyonluq əhalisinin 3,6 faizi evlərini tərk etmək məcburiyyətində qalıb:

“62 min ev və 20 mindən çox kommersiya obyekti dağılıb. Mülki əhali arasında ölənlər və yaralananlar var. İrana göndərilən 48 tonluq humanitar yardım yükü yalnız başlanğıcdır”.

Seçilən
0
4
bakivaxti.az

5Mənbələr