AZ

Sahibkarlara verilən kreditin həcmi açıqlandı

Bakı.Trend:

2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunundəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib.

Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan məlumatverilib.

Bildirilib ki, Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznesvə investisiya mühitinin əlverişliliyinin daha da artırılması,sahibkarların maliyyə resurslarına çıxış imkanlarınıngenişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişafetdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsasprioritetlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabrtarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq sahibkarlarınmüvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bukreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinəbaşlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizmininformalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikasıİpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimimüəyyən edilib.

2026-cı il aprelin 1-nə olan məlumata görə, ənənəvi zəmanətmexanizmi çərçivəsində Fondun təqdim etdiyi zəmanət hesabınamüvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyonmanat, 2026-cı ilin yanvar-mart aylarında isə 23,2 milyon manatməbləğində kredit verilib.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərinorta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrəhesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabınasahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kəndtəsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm vəinfrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın vəavadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılankreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeniiş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neftsektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcədə emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığınınartırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidiartırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqlarıkreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçininistiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminatmexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmiçərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manatməbləğində kreditə 5,3 milyon manat, 2026-cı ilin birinci rübündəisə 62 sahibkarın 1,61 milyon manat məbləğində kreditləri üzrə 1,2milyon manat həcmində zəmanət verilib. İstiqraz emissiyası üzrəöhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğindəzəmanət təqdim edilib.

Seçilən
1
3
az.trend.az

9Mənbələr