AZ

Fənərbaxça nın üç yarımmüdafiəçisi Super Liqa matçında oynamayacaq

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Fənərbaxça" Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində səfərdə "Kayserispor"un qonaağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Yarımmüdafiəçilər Marko Asensio, İsmail Yüksek və Edson Alvares komandaya kömək edə bilməyəcək. Onların adı Kayseri səfərinə aparılan heyətə daxil edilməyib.

Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması 11 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sportal.az

2Mənbələr