AZ

DİM İdarə Heyəti sədrinin müavini: TDT-yə üzv ölkələr arasında təcrübə mübadiləsinin aparılması prioritetlər sırasındadır VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Qardaş ölkələr və Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında təhsilin qiymətləndirilməsi və imtahanların təşkili sahəsində əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov deyib. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif qurumlar arasında müvafiq sənədlər imzalanıb: “Qarşıdakı dövrdə təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi prioritetlər sırasındadır. Əsas məqsədlərdən biri qiymətləndirmə və imtahan proseslərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə vahid yanaşmaların formalaşdırılmasıdır”.

Qeyd edək ki, bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsinə dair niyyət protokolu imzalanıb. Niyyət protokolu Dövlət İmtahan Mərkəzi, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında bağlanıb.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Seçilən
13
3
azertag.az

4Mənbələr