AZ

Polkovnik: “Xocavənd əməliyyatı” dünya hərb tarixində analoqu olmayan hadisədir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

1997-ci ilin aprelində xüsusi təyinatlı kəşfiyyat qrupu tapşırıqla Xocavənd rayonuna - düşmənin arxa tərəfinə göndərildi. Onlar tapşırığı yerinə yetirəndən sonra ermənilərin mühasirəsinə düşdülər. Son mərmilərinə qədər vuruşandan sonra əsir düşməmək üçün özlərini partlatdılar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “N” saylı xüsusi təyinatlı hərbi hissənin komandiri olmuş, ehtiyatda olan polkovnik Xətai Baxışov deyib.

Polkovnikin sözlərinə görə, “Xocavənd əməliyyatı”nın iştirakçılarının həmin cəsarətli addımı təkcə bizim hərb tariximizdə deyil, dünya hərb tarixində analoqu olmayan bir hadisədir.

“Mən əsgər və zabitlərimlə fəxr edirəm”, - deyə o fikirlərini yekunlaşdırıb.

Müxbir – Göyçək Mahmudlu

Fotoqraf – Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

3Mənbələr