AZ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Bakı. Trend:

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən xəbərə görə, FərhadAbdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında BakıApellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan RespublikasıKonstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından AzərbaycanRespublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrindənəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışınınşərh edilməsinə dair Konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim O.Qvaladzeninməruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsininmüraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə,Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və QanunvericilikTəşəbbüsləri Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki prosesvə kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfədoktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıbmüzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının73-cü maddəsinin tələblərinə və Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri -əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasənAzərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-cimaddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri”anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyininrəhbərini də ehtiva edir.

Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindənvergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlıilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqininmümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyəmütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsinhüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətiribçıxarmamalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Seçilən
13
7
az.trend.az

8Mənbələr