AZ

“WhatsApp” ödənişli abunə sisteminə keçəcək  

“WhatsApp” platforması məzmun yaradıcıları üçün yeni gəlir modeli üzərində işləyir. Şirkət kanallar vasitəsilə pullu abunə sistemini sınaqdan keçirir. Yeni funksiya sayəsində kanal sahibləri eksklüziv məzmunu ödənişli şəkildə təqdim edə biləcəklər. İstifadəçilər isə yalnız abunə olduqları kanalların xüsusi paylaşımlarına çıxış əldə edəcəklər.

Bu sistem İnstaqram platformasının abunə modelinə bənzər şəkildə işləyəcək. Kanal sahibləri məzmunlarını monetizasiya edə, istifadəçilər isə maraqlandıqları kontent üçün abunə ola biləcəklər. Diqqətçəkən məqamlardan biri isə ödənişli abunəçilərin sayının açıq şəkildə göstəriləcək olmasıdır. Bu, istifadəçilərə kanalın populyarlığını əvvəlcədən qiymətləndirməyə imkan verəcək.

“WhatsApp” mövcud pulsuz kanal sistemini qoruyacaq. Ödənişli abunə isə tam könüllü olacaq və ümumi istifadəçi təcrübəsinə təsir etməyəcək. Hazırda test mərhələsində olan funksiyanın yaxın gələcəkdə mərhələli şəkildə bütün istifadəçilərə təqdim olunacağı gözlənilir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr