İran İsrailin Livana davam edən hücumları səbəbindən nümayəndə heyətinin İslamabadda ABŞ-la danışıqlar üçün yola düşməsini təxirə salıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Press TV İrandakı mənbəyə istinadən xəbər verib.
Telekanalın xəbərinə görə, İran nümayəndə heyətinin İslamabada səfəri Livana davam edən hücumlar səbəbindən bir neçə dəfə təxirə salınıb. İran isə öz növbəsində ABŞ-ı İsrailin davam edən hücumlarının danışıqları poza biləcəyi barədə xəbərdar edib və Vaşinqton İsrailə Beyruta hücumlarını dayandırması üçün təzyiq göstərməyə məcbur olub.
Kanal həmçinin bildirib ki, İsrail Livanı bombalamağa davam edərsə, İran Pakistanda ABŞ ilə münaqişənin həlli və Tehranla Vaşinqton arasında razılığa gəlmək üçün danışıqları dayandıracaq.
Bildirilir ki, əgər İsrail atəşkəsi pozarsa və Beyruta hücum edərsə, danışıqlar dayandırılacaq.
Anar