AZ

Polşa ərazisinə yenə 10-dan çox hava şarı uçub

Bakı, 10 aprel, AZƏRTAC

Polşa ərazisinə 10-dan çox qaçaqmalçılıq şarları daxil olub. Polis vətəndaşları şübhəli bağlamalara toxunmamağa və dərhal məlumat verməyə çağırır.

AZƏRTAC xəbər verir ki, RMF FM radiosu qaçaqmalçılıq şarlarının Varmin-Mazur voyevodluğunda Elk, Gijitsko və Bartoşitse şəhərləri yaxınlığında göründüyünü bildirib. “Yerli polis Oleçko yaxınlığında oxşar obyektlərin peyda olması haqqında da bildirib”, - deyə “Gazeta.pl” xəbər portalı yazır.

Polis şübhəli bağlamaları, xüsusən də yükü olan şarları görən insanları onlara yaxınlaşmamağa və toxunmamağa çağırır. Hazırda bütün şarların yerə düşüb-düşmədiyi barədə heç bir məlumat yoxdur. Mövcud məlumatlar göstərir ki, şarlara qanunsuz gətirilən siqaretlər olan qara bağlamalar yapışdırılıb.

RMF FM-in məlumatına görə, hər bir belə şar adətən GPS qəbuledicisi ilə təchiz olunub. Bu, qaçaqmalçılıq malları toplayanlara onun düşmə yerini müəyyən etməyə imkan verir. Polis hazırda bu işi araşdırır.

Seçilən
26
1
azertag.az

2Mənbələr