Moskva, 10 aprel, AZƏRTAC
Vladikavkazın mərkəzində pirotexnika anbarında partlayış baş verib, nəticədə biri uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Avqust Hadisələri küçəsi ərazisində baş verib. Partlayışdan sonra güclü yanğın və tüstülənmə başlayıb. Episentrdə anbar binalarının fasadı tamamilə uçub, yaxınlıqda park edilmiş avtomobillər zədələnib.
Hadisə yerində fövqəladə xidmət əməkdaşları işlərini davam etdirir, dağıntıların sökülməsi prosesi aparılır. Qeyd olunur ki, partlayışdan sonra pirotexniki məmulatların detonasiyası davam edir ki, bu da yanğınsöndürənlərin işini çətinləşdirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva