AZ

Hamı deyir ki, burada yaşayırsınız?

Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı səmimi etirafı ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, tanınmış aktrisa hazırda sadə bir məhəllədə yaşadığını bildirib və bu seçimindən məmnun olduğunu deyib.

Afaq Bəşirqızı qeyd edib ki, adi insanların arasında yaşamaq ona xoşbəxtlik verir: "Adi bir məhəlləyə köçmüşəm. Sadə insanların içində yaşamaq böyük xoşbəxtlikdir. Ömrümün üstünə ömür gəlir".

Aktrisa həmçinin yaşadığı mühitin sağlamlığına da müsbət təsir etdiyini vurğulayıb: "Oranın havası da yaxşıdır, səhhətimə xeyirdir".

Sənətçi bildirib ki, sakinlər ona çox səmimi və hörmətlə yanaşırlar: "Hamı deyir ki, burada yaşayırsınız? Mən orada yaşayan heç bir insandan artıq deyiləm".

Seçilən
20
publika.az

1Mənbələr