Cinayət Məcəlləsində bir sıra maddələr üzrə konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilməlidir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Yeni dəyşiklikdə dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir.
Millət vəkili bildirib ki, yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır:
“Təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər”.
Deputat xatırladıb ki, dəyişikliklərdən biri bu yuxarıda nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır:
“Cinayət Məcəlləsi ilə xeyili miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın məbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misli arasında dəyişir, külli miqdarda olan ziyan isə minimum əmək haqqnın 625 mislindən baslayan rəqəmlərlə ifadə olunur. Ona görə, bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edirəm”.
trend