Hörmüz boğazında təxminən 3200 gəmi təhlükəsiz keçidi gözləyir.
Newscenter.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Telekanalın verdiyi məlumata görə, onlardan 800-ü tanker və toplu yük daşıyıcısıdır. Məlumatda o da bildirilib ki, Fars körfəzi bölgəsində təxminən 20.000 dənizçi boğazdan təhlükəsiz keçidlə bağlı aydınlıq gözləyir.
Qeyd edək ki, 7 apreldə ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdi. Amerika lideri qərarın İranın Hörmüz boğazını açmaq istəyinə əsasən verildiyini bildirdi. Tehran da öz növbəsində İslam Respublikasına hücum edilmədiyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı oldu. İki tərəf arasında vasitəçi olan Pakistanın Baş naziri Şahbaz Şərif onları danışıqlar üçün İslamabada dəvət etdi.
Anar