AZ

Fişəng anbarında PARTLAYIŞ - Ölən və yaralananlar var

Rusiya Federasiyasında güclü partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladikavkazda yerləşən fişəng anbarında partlayış olduğunu açıqlayıb.


Partlayış nəticəsində alovlar təxminən 800 kvadrat metr sahəyə yayılıb.


Hadisə yerinə yanğınsöndürənlər göndərilib, partlayışda 1 nəfər həyatını itirib, 1-i uşaq olmaqla 10-dan çox nəfər yaralanıb.

Seçilən
18
manset.az

1Mənbələr