AZ

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Bakı, 10 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Balazər Fazil oğlu Cəfərov və Vüsal Ramiz oğlu Ağayev üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılmasına, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Seçilən
22
14
azertag.az

10Mənbələr