AZ

"O kişidir" deyənlər axmaqdır, Bricit səndən gözəldir

ABŞ prezidenti Donald Tramp növbəti qalmaqallı açıqlaması ilə gündəmi sarsıdıb.

Publika.az xəbər verir ki, Tramp bu dəfə "Truth Social" platformasında bir vaxtlar müttəfiqi olan sağçı media nümayəndələrini - Taker Karlson, Kendis Ouens, Meqin Kelli və Aleks Consu hədəf alıb.

İranla bağlı xarici siyasət məsələsində yaranan fikir ayrılıqlarına görə keçmiş tərəfdaşlarını sərt tənqid edən Tramp, onlar haqqında ağır ifadələr işlədib: "Onlar axmaq insanlardır, bunu özləri də, ailələri də, hamı bilir!"

Tramp xüsusilə tanınmış fəal Kendis Ouensin Fransa prezidentinin xanımı Bricit Makron haqqında yaydığı konspiroloji (həqiqətə uyğun olmayan) nəzəriyyələrə toxunub.

Seçilən
30
publika.az

1Mənbələr