AZ

Polşa millisinin köməkçi məşqçisi vəfat edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 aprel, AZƏRTAC

Polşa millisinin köməkçi məşqçisi Yaçek Maqera 50 yaşında vəfat edib.

AZƏRTAC Polşa Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Mütəxəssis qaçış zamanı huşunu itirib. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səyləri uğursuz olub.

Yaçek Maqera 2025-ci ilin yayından Yan Urbanın rəhbərlik etdiyi Polşa milli komandasının məşqçilər korpusunda yer alırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr