AZ

Blok baş tutmadı – Ermənistan müxalifəti parçalandı

Ermənistanda müxalifətdə olan "Ayakve" və "Birlik Qanadları" siyasi təşəbbüs qrupları əməkdaşlığın dayandırıldığını elan etdilər.

Publika.az xəbər verir ki, bu barədə birgə bəyanatda bildirilib.

Fevralın 27-də "Birlik Qanadları"nın lideri Arman Tatoyan və "Ayakve"nin koordinatoru Avetik Çalabyan əməkdaşlıq memorandumu imzalayaraq, vahid siyasi gündəm hazırlamaq və parlament seçkilərində birgə iştirak etmək üçün qüvvələrini birləşdirmək niyyətlərini bəyan etdilər.

Lakin bəyanatda qeyd edildiyi kimi, ötən müddət ərzində tərəflər ortaq proqram hazırlamaq və yeni siyasi qütb formalaşdırmaq üçün əhəmiyyətli işlər görsələr də, bir sıra fundamental məsələlərdə vahid yanaşma hazırlaya bilməyiblər.

Seçilən
25
publika.az

1Mənbələr