Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Narkotik istintaqı çərçivəsində saxlanıldıqdan sonra məhkəmənin nəzarət tədbiri ilə sərbəst buraxılan türk müğənni Simge Sağının prokurorluqda verdiyi ifadə üzə çıxıb.Demokrat.az xəbər verir ki, tanınmış ifaçı evində keçirilən əməliyyat zamanı aşkarlanan maddə ilə əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, tapılan narkotik maddə sevgilisi İlkay Şencana məxsus olub.Prokurorluqda ifadə verən Simge Sağın qeyd edib ki, mükafat mərasimindən sonra sevgilisi ilə birlikdə evə qayıdıb və axtarış zamanı çantada tapılan maddədən xəbərsiz olub:“Mən narkotik maddə istifadə etmirəm. Sevgilimin çantasında nə olduğunu bilmirdim. Axtarış zamanı öyrəndim”.Müğənni həmçinin fibromialgiya xəstəliyindən əziyyət çəkdiyini və yalnız həkim resepti ilə təyin olunan dərmanlardan istifadə etdiyini vurğulayıb.Digər tərəfdən, İlkay Şencan da prokurorluqda verdiyi ifadədə aşkar edilən maddənin ona məxsus olduğunu etiraf edib. O bildirib ki, həmin maddəni təxminən 3-4 ay əvvəl əldə edib və şəxsi istifadə məqsədilə saxlayıb:“Maddə mənə aiddir. Simgenin nə istifadə etdiyimdən, nə də çantadakı maddədən xəbəri var idi”.İstintaq çərçivəsində hər iki şəxs prokurorluq prosedurlarından sonra ölkədən çıxışa qadağa şəklində məhkəmə nəzarəti tədbiri ilə sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma davam edir.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.