AZ

Rusiya bayrağı altında üzən gəmi Hörmüzdən KEÇDİ

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya bayrağı altında üzən “Arhimeda” supertankeri 9 aprel axşamı Hörmüz boğazından keçərək Fars körfəzinə doğru hərəkət edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Gəmi əvvəllər İranın əsas neft mərkəzi olan Xarq adasını təyinat yeri kimi göstərsə də, sonra statusunu "sifariş üçün" olaraq dəyişdirib və bu da adətən növbəti dayanacaq limanı üçün dəqiq təlimatların olmaması deməkdir.

“Arhimeda” yanvar ayında, ABŞ-nin Venesuelaya qarşı blokadası zamanı bir neçə "kölgə donanması" gəmisi Rusiya bayrağı altında qorunma axtarmağa başlayanda yenidən gündəmə gəlib. 

Tankerin sonuncu məlum yükü 2025-ci ilin avqustunda Venesuela Merey xam nefti olub. Həmin ilin iyul ayında ABŞ əvvəllər Vizuri kimi tanınan gəmiyə İran neft ticarəti ilə əlaqələrinə görə sanksiyalar tətbiq edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr