AZ

Donanmanın idarəçiliyi ona tapşırıldı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.

"Yeni Sabah" iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.

A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, donanmanın rəisi vəzifəsində əvvəllər Taqət Qurbanov çalışıb. O, bir neçə gün əvvəl 2017-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib.


Telegram kanalımız
Seçilən
11
4
yenisabah.az

10Mənbələr