2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti “Rabitəbank” ASC-nin baş ofisində olub.
•maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.
