AZ

İslam Sivilizasiyası Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıblar

Daşkənddə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə mənzil-qərargahı Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, sənəd Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində imzalanıb.

Memorandumu İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov və Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova imzalayıblar.

Sənəd türk dünyasının mədəni irsinin beynəlxalq səviyyədə təşviqi və populyarlaşdırılması sahəsində əməkdaşlığın inkişafına yönəlib. Tərəflər, xüsusilə də, birgə layihələr və təşəbbüslər həyata keçirmək niyyətindədirlər.

Əməkdaşlıq mədəni tədbirlərin, sərgilərin və forumların təşkilini, elmi və təhsil proqramlarının keçirilməsini, həmçinin birgə materialların hazırlanmasını və nəşrini əhatə edəcək.

Bundan əlavə, memorandum bilik mübadiləsi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini və qarşılıqlı maraq doğuran digər təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Seçilən
14
far.az

1Mənbələr