AZ

ABŞ və Britaniya liderləri Hörmüz boğazının gələcəyini müzakirə edib

Bakı. Trend:

İran, ABŞ və İsrail arasında müvəqqəti atəşkəsin davam etməsifonunda Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidentiDonald Trump Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirəediblər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətininrəsmi saytında məlumat dərc olunub.

Liderlər Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlıtelefon danışığı aparıblar.

“Bu axşam baş nazir Qətərdən prezident Trampla danışıb. Başnazir Fars körfəzi ölkələrinin liderləri və regionun hərbistrateqləri ilə apardığı danışıqlar barədə məlumat verib. Budanışıqlarda Hörmüz boğazında gəmiçilik azadlığının bərpasınınzəruriliyi, eləcə də Böyük Britaniyanın tərəfdaşları bir arayagətirərək real fəaliyyət planı hazırlamaq cəhdləri müzakirəolunub”,- məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər atəşkəsə nail olunduqdan və boğazınaçılması barədə razılaşma əldə edildikdən sonra növbəti mərhələyə-həll yollarının axtarışına keçilməsinə dair razılaşıblar.

“Liderlər gəmiçiliyin ən qısa zamanda bərpası üçün praktikplanın hazırlanmasının vacibliyini müzakirə ediblər. Onlar yaxınzamanda daha bir görüş keçirmək barədə razılığa gəliblər”,-məlumatda vurğulanır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr