AZ

Alixan Baimenov: Astana dövlət qulluğu mərkəzi DİM ilə səmərəli əməkdaşlıqda maraqlıdır VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi mövcud olduğu 10 il ərzində əhəmiyyətli irəliləyişə nail olub. Bu mərkəzin fəaliyyəti insan kapitalının davamlı inkişafında çox vacibdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Alixan Baimenov Astana Dövlət Qulluğu üzrə Regional Habın sədri deyib. O bildirib ki, meritokratiya prinsipinin tətbiqi, kadrların seçilməsi və irəli çəkilməsi zamanı düzgün qiymətləndirmə aparılması seçim sistemlərinə etimadı artırır: “Elə buna görə də Astana dövlət qulluğu mərkəzi Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Astana Regional Habı platformasında bəzi region ölkələri Azərbaycanın imtahan testləri və imtahanlarının keçirilməsi sahəsindəki təcrübəsini öyrənməyə maraq göstərir. Bu əməkdaşlıq bütün iştirakçı ölkələrin xeyrinə yönəlib”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Seçilən
11
2
azertag.az

3Mənbələr