Bakı, 10 aprel, AZƏRTAC
Yaponiya millisinin və “Neftçi”nin sabiq futbolçusu Keysuke Hondanın növbəti klubu bəlli olub.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Sinqapurun “Juronq” komandası ilə anlaşıb.
O, yeni komandasında gələn mövsümdən meydana çıxacaq.
Keysuke Honda Rusiyanın MOİK və İtaliyanın “Milan” komandasında da çıxış edib.