AZ

"İran müharibə istəmir, lakin hüquqlarını müdafiə edəcək" - Xamenei

İran İslam Respublikası ABŞ və İsrail ilə müharibə istəmədiyini, lakin öz hüquqlarını müdafiə edəcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, bəyanat Ali Rəhbər Müctəba Xameneinin adından verilib.

Açıqlamada qeyd olunub: “Biz müharibə istəməmişik və istəmirik. Lakin heç bir halda qanuni hüquqlarımızdan imtina etməyəcəyik və bu baxımdan bütün müqavimət cəbhəsini vahid bir qurum kimi görürük”.

Mesajda həmçinin İranın Hörmüz boğazı üzərində nəzarətin yeni mərhələyə qaldırılacağını vurğuladığı bildirilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
33
redaktor.az

1Mənbələr