AZ

Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırılıb

Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırılıb.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mağazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənədin bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Seçilən
18
far.az

1Mənbələr