Kirill Budanov deyib ki, Ukrayna cəmiyyətində qəhrəmanlıq qavrayışı təhrif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov cəmiyyətdə səfərbərlik və qəhrəmanlıq anlayışları ilə bağlı ziddiyyətli yanaşmaları tənqid edib.
O, bir tərəfdən “qələbəyə qədər müharibə” şüarlarının səsləndiyini, digər tərəfdən isə insanların səfərbərlikdən yayındığını bildirib.
Budanov qeyd edib ki, cəmiyyətdə qəhrəman obrazı təhrif olunub:
“Bizdə çox ciddi problem var. Bir tərəfdə döyüşən insan qəhrəmandır, digər tərəfdə isə hərbi komissarlıq (TÇK) əməkdaşlarını söyərək video çəkən şəxs də qəhrəman sayılır”.
Bununla yanaşı, Budanov yaxın vaxtlarda, Pasxa bayramı ərəfəsində yeni əsir mübadiləsinin baş tuta biləcəyini də əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az