Son günlər bəzi beynəlxalq hesabatlarda Azərbaycanda tolerantlıq mühiti ilə bağlı səsləndirilən iddialar ictimai müzakirələrə səbəb olub. Mövzuya münasibət bildirən Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü QHT.az-a açıqlamasında həmin qiymətləndirmələrlə razılaşmadığını deyib.
O bildirib: “Mənfi qiymətləndirirəm. Bu, qərəzli hesabatdır. Bu fikirlə razılaşmaq mümkün deyil.”
Onun sözlərinə görə, ölkədə real vəziyyət fərqlidir: “Azərbaycanda tolerantlıq mühitinin olmasını görmək üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Gəlib özün şahidi ola bilərsən. Burada yaşayan insanlar bunu görür və ziyarət edib gedənlər də öyrənə bilər.”
Mübariz Göyüşlü əlavə edib: “Ölkədə tolerantlıq mühiti, sabitlik və sakitlik yüksək səviyyədədir. Mən bu fikirlərlə razı deyiləm və bunu qərəzli sayıram.”
Zəhra Ağayeva