AZ

Orban Kremlə təcili zəng etdi: yardım istəyir

Axar.az saytına istinadən ain.az xəbər verir.

Viktor Orban seçkilərdə qalib gəldikdən sonra baş nazir vəzifəsində qalmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

“Orban cümə axşamı gözlənilmədən Kremllə əlaqə saxlayaraq kömək istəyib. Zəngin təfərrüatı açıqlanmasa da, onun istəyi şəxsən Prezident Vladimir Putinə çatdırılıb”, - məlumatda qeyd olunub.

Kanal bildirib ki, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun adamları Budapeştdə işləyir və Orbanın seçkilərində birbaşa iştirak edirlər:

“Kiriyenko əvvəllər Moldovada qələbəni əldən vermişdi və Moskvada heç kim Macarıstanda bunun təkrarlanmasını istəmir”.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
axar.az

2Mənbələr