AZ

23 ölkədə yeni COVID-19 variantı yayılır

Yazını böyüt
Yazını kiçilt

Dünya Sağlamlıq Təşkilatı (DSÖ) çox sayda genetik mutasiyaya malik yeni COVID-19 variantını nəzarət altına alıb.

Hafta.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edilib ki, bu variant artıq 23 ölkədə aşkarlanıb.

Mütəxəssislər bildirirlər ki, virusun genetik quruluşunda əvvəlki variantlarla müqayisədə bir sıra dəyişikliklər qeydə alınıb. Bu səbəbdən onun yayılma sürəti və mövcud immunitetə təsiri araşdırılır.

DSÖ hazırda həmin variantı “izlənilən variant” kateqoriyasına daxil edib və vəziyyətin inkişafı yaxından monitorinq olunur. Qurumun açıqlamasına görə, hələlik ciddi təhlükə və ya yeni pandemiya dalğası barədə təsdiqlənmiş məlumat yoxdur.

Seçilən
1
2
hafta.az

3Mənbələr