AZ

Türk siyasətçi İranı “qalib”, Amerikanı “məğlub” elan etdi

BAKI, 10 aprel. TELEQRAF

“İran artıq münaqişədə qalib hesab edilə bilər, çünki ABŞ-nin müharibəni davam etdirmək üçün siyasi-iqtisadi imkanları qalmayıb”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu TASS-a deyib.

Topkurulunun sözlərinə görə, İran tərəfi İslamabada gedərək ABŞ ilə birbaşa danışıqlara başlayacaq:

Türk siyasətçi bu danışıqların müharibənin gedişinə və nəticəsinə necə təsir edəcəyi barədə iddia edib: “İran bu müharibənin qalibidir, çünki ABŞ-nin nə iqtisadi, nə də siyasi baxımdan müharibəni davam etdirmək imkanları qalıb”.

Topkurulunun başqa bir iddiasına görə, İran ABŞ-yə qarşı “əla müqavimət” göstərir:

“ABŞ İranı bir neçə günə işğal edəcəyini düşünürdü, amma 40 gün keçməsinə baxmayaraq buna nail ola bilmədi, üstəgəl, hücum imkanlarını itirib. ABŞ-nin dənizlərdə hegemonluğunu təmin edən aviadaşıyıcılar burada effektiv olmadı, ən böyük gəmilərini bölgədən çıxarmağa məcbur oldu. Bu isə ABŞ üçün ciddi hərbi məğlubiyyətdir”.

Topkurulu həmçinin iddia edib ki, F-35 kimi təyyarələr “görünməz” hesab edilsə də, İran buna qarşı durmağı bacarıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr