AZ

Nəsrin Cavadzadə itinə ad günü keçirdi: Doğum günün mübarək, eşqim

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Tanınmış aktrisa Nəsrin Cavadzadə sosial media hesabında etdiyi son paylaşımı ilə diqqət mərkəzinə düşüb. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa, bu dəfə sadiq dostu üçün özəl gün təşkil edib.

Ötən il sahibləndiyi və "Dolce" adını verdiyi iti üçün ad günü şənliyi təşkil edən Cavadzadə, həmin anları "Ad günün mübarək, eşqim" qeydi ilə izləyiciləri üçün paylaşıb. Aktrisanın iti ilə birgə yer aldığı foto və videolar qısa zamanda minlərlə bəyənmə toplayıb.

Sosial şəbəkə istifadəçiləri paylaşıma maraqlı şərhlərlə reaksiya veriblər. Bəzi izləyicilər "Bu it mənə 1-0 qalib gəldi", "Mənim ad günümü heç bu qədər xatırlamırlar" və "Bu itin yerində olmaq istəyirəm" kimi zarafatlı rəylər yazaraq aktrisanın heyvan sevgisini və təşkilatçılığını alqışlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
lent.az

1Mənbələr