AZ

​Dənizlər niyə geri çəkilir?

Dənizlərin bəzən geri çəkilməsi təbiətdə tez-tez müşahidə olunan bir hadisədir. Metbuat.az xəbər verir ki, alimlər hesab edir ki, əsas səbəb Ay və Günəşin Yerə göstərdiyi cazibə qüvvəsidir. Bu qüvvə nəticəsində “qabarma və çəkilmə” adlanan proses baş verir. Qabarma və çəkilmə zamanı suyun səviyyəsi qalxır və enir, bəzi vaxtlarda isə sahildən xeyli geri çəkilir. Bəzən bu geri çəkilmə daha kəskin xarakter alır. Xüsusilə güclü zəlzələlərdən sonra baş verən sunami hadisələrində dəniz əvvəlcə sürətlə geri çəkilir. Bu isə təhlükənin yaxınlaşdığını göstərən mühüm əlamət sayılır. Belə hallarda sahildən uzaqlaşmaq vacibdir.

Adi günlərdə isə dənizin geri çəkilməsi tamamilə normal haldır və təbiətin ritmi ilə bağlıdır. Bu proses sahil ekosistemi üçün də faydalıdır və bir çox canlıların yaşaması üçün şərait yaradır.

Seçilən
19
metbuat.az

1Mənbələr