AZ

Turan Tovuz un kapitanı: Bu bizə bəhanə ola bilməz

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İmişli" ilə oyuna həftə boyu yaxşı hazırlaşmışdıq. İlk hissədə istədiklərimizi tam olaraq həyata keçirə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib.25 yaşlı müdafiəçi Misli Premyer Liqasının 26-cı turunda "İmişli" ilə bərabərə (1:1) qaldıqları oyunu ilə bağlı fikirlərini bölüşüb:"İkinci hissədə isə müəyyən qədər buna nail olduq, amma qələbə qazanmaq istədiyimiz baş tutmadı. Oyunu analiz edib, növbəti qarşılaşmalara daha yaxşı hazırlaşmağa çalışacağıq. Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü ilə bağlı çox şey demək olar, amma bu bizə bəhanə ola bilməz. Hər halda, qələbə qazanmalı idik. Artıq növbəti oyunumuzu doğma arenamızda keçirəcəyik. Tovuzda oynamaq bizə hər zaman əlavə motivasiya verir. İnşallah, növbəti turda "Sumqayıt"la matça daha yaxşı hazırlaşıb 3 xalı aktivimizə yazdırmağa çalışacağıq. Ümid edirəm ki, istəyimizə nail olacağıq".Qeyd edək ki, bu nəticədən sonra aktivində 49 xal olan "Turan Tovuz" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sport24.az

1Mənbələr