AZ

Dövlət qurumu sosial şəbəkədə vətəndaşı bloklaya bilərmi?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə bəzi hallarda müxtəlif qurumların vətəndaşın hesabını blok etməyinin şahidi olmaq olur.

Bu hal daha çox quruma qarşı tənqidi rəylər yazılarkən baş verir.

Bəs maraqlıdır, məsələn, dövlət qurumunun sosial şəbəkədə vətəndaşı bloklaması qanunidirmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.

O bildirib ki, dövlət orqanları ictimai funksiyanı yerinə yetirdiyi üçün onların sosial media hesabları da müəyyən mənada ictimai platforma kimi qiymətləndirilir:

“Bu səbəbdən vətəndaşın bloklanması ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilə bilər və əsaslandırılmış səbəb olmadan tətbiqi qanunsuz sayılır”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
icma.az

1Mənbələr